Azərbaycan rəsmi olaraq Balkan Atletika Assosiyasiyasının üzvü oldu.

Böyük məmnunluq hissi ilə sizə bildirmək istərdik ki, bu gün İstanbul şəhərində baş tutan Balkan Federasiyalarının iclasında Azərbaycan Atletika Federasiyası rəsmi olaraq Balkan Atletika Assosiyasiyasının üzvü kimi qəbul edildi. İclasa Azərbaycan Atletika Federasiyasından, Federasiyanın Prezidenti Çingiz Hüseynzadə və Baş Katibi Məhərrəm Sultanzadə qatılmışlar.

Bizim federasiyanı Balkan Atletika Assosiyasiyasının üzvü kimi qəbul etdiyinə görə, bütün Balkan həmkarlarımıza  və dostlarımıza , xüsusən də , BAA prezidenti Dobromir Karamarinova öz təşəkkürümüzü bildiririk.