Şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş yarış

29 sentyabr 2022-ci il tarixində federasiyanın rəhbərliyi, hakimlər kollegiyasının üzvləri, Gənclər və İdman Nazirliyinin nümayəndəsi və Astara rayon Gənclər və İdman idarəsinin rəisi və işçiləri şəhid Arif Qeybiyevin qəbrini ziyarət etdilər. Daha sonra isə yarışın keçiriləcəyi məkana baş çəkərək son hazırlıq işlərini gördülər. 30 sentyabr 2022-ci il tarixində isə 16 rayondan ümumilikdə 150-dən çox idmançının çıxış etdiyi yarış Astara rayon bulvarında şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şose qaçışı üzrə 2-ci ölkə yarışı keçirilmişdir.

Yarış Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyanın və Astara rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Yarışda idmançılar 4 kateqoriya üzrə (2007-2008-ci il təvəllüdlü idmançılar arasında 300m-qızlar, 500m -oğlanlar, 2005-2006-cı il təvəllüdlü idmançılar arasında 500m qızlar, 1000m-oğlanlar)yarışdılar.Nəzərinizə çatdıraq ki, bu yarış da Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində keçirilmişdir.
Yarışın nəticələrini sizlərə təqdim edirik.
300 m (qızlar)
1. Quliyeva İlahə - 43.97 - Bakı
2. İsfəndiyarova Ləman – 49.52 - Bakı
3. Nadirova Mehri – 49.8 - T-5
500 m (qızlar)
1. Mustafayeva Bahar - 1:22:97 – Bərdə
2. İsgəndərova Emiliya - 1:26:43 – T-5
3. Cəlilova Aksana - 1:29:46 – Bərdə
500 m (oğlanlar)
1. Novruzlu Nicat - 1:12:00 - Bakı
2. İbrahimov Ümid - 1:14:00 – Gəncə
3. Məmmədov Rüfət - 1:15:00 - Astara
1000 m (oğlanlar)
1. Məmmədli Rasim - 2:51:30 - Bərdə
2. Əsgərov İsgəndər - 2:55:30 - Gəncə
3. Əsədli Novruz - 2:58:20 - Xızı