Beynəlxalq Atletika Federasiyasına yeni İcraçı Direktor təyin olundu

Beynəlxalq Atletika Federasiyası, Monakoda keçirilən İcraiyyə Komitəsinin 215-ci iclasının ilk günündə, Jon Ridgeonun BAF-ın yeni İcraçı Direktoru təyin edilməsini elan etdi.

51 yaşlı Ridgeon, həyatını idmana sərf edib. 1984-1996-cı illər arasında 110m və 400m sədlər növlərində çıxış edib. O, 1987-ci il Romada keçirilən Dünya Çempionatının 110m sədlər növündə gümüş mükafatçısı və keçmiş Britaniya rekordunun sahibidir. O, həmçinin Böyük Britaniyanı 2 Olimpiya oyununda təmsil etmişdir, 1988 Seul və 1996 Atlanta Olimpiya Oyunlarında.

Ridgeon öz vəzifəsinin başına 2019-cu ilin Mart ayında keçəcək.