2019 Dünya Qış Turunda keçiriləcək növlər müəyyən oldu

Dünya Qış turunun 3-cü buraxılışı 26 yanvarda Bostonda (ABŞ) keçirilən yarışla başlayacaq. Daha sonra isə yarış bu şəhərlərdə davam edəcək:  2 fevral - Karlsruhe (Almaniya) , 6 fevral Torun (Polşa), 8 fevral - Madrid (İspaniya), 16 Fevral Birmingem (Britaniya) və Final 20 fevral Düsseldorfda (Almaniya) keçiriləcək.

Turda idmançılar 11 növ üzrə çıxış edəcək ki, bu növlərdə də onlar xallar qazanacaqlar. 11 növdən 5-i kişilər - 400m, 1500m, 60m sədlər, hündürlüyə tullanma, uzunluğa tullanma və 6 növ isə qadınlar üçün olacaq - 60m, 800m, 3000m/5000m, Şüvüllə tullanma, 3 təkanla tullanma və Nüvə itələmə. 6 yarış üzrə növlərin bölüşdürülməsinə aşağıdakı linkdən baxa bilərsiniz:

https://media.aws.iaaf.org/competitioninfo/a1ccd334-dc9f-4a48-b205-ff1f32d75a81.pdf

Hər idmançının hər növ üzrə 3 ən yaxşı nəticəsi onların xallarının hesablanmasında əsas götürüləcək və turun sonunda hər növ üzrə ən çox xal qazan idmançı Düsseldorf finalında elan olunacaq və 20,000 ABŞ dolları məbləğində mükafat alacaq. Bu mükafatdan əlavə, Hər yarışda növlər üzrə qaliblər 3000 ABŞ dolları mükafat qazanacaq. Turun ümumi mükafat fondu 570,350 ABŞ Dollarıdır.